Prezident oldu, milyarder statusunu itirdi
Tarix: 21-05-2019 11:59 | Bölmə: Xəbərlər
Prezident oldu, milyarder statusunu itirdi

2014-cü il seçkilərindən sonra Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun varidatı 40 faiz azalıb və o milyarder statusunu itirib.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bunu “Bloomberg” açıqlayıb.

“Qənnadl maqnatı 2014-cü ilin iyun ayında prezident seçiləndən sonra tezliklə milyarder statusundan məhrum olub. Poroşenkonun təmiz kapitalı təxminən 40 faiz – 705 milyon dollar aşağı düşüb”, - məlumatda vurğulanır.

Poroşenkonun əsas aktivi “Roshen” korporosaiyasıdır. Keçmiş prezident bu şirkəti 1996-cı ildə şokolad, peçenye və tort istehsalı ilə məşğul bir çox müəssisələri birləşdirərək yaradıb.

2012-ci ildə 400 min tonu keçən “Roshen”in istehsal gücü növbəti iki ildə 25 faiz azalıb.

Poroşenkonun digər aktivlərinə bank, televiziya kanalı, sığorta şirkəti, bir neçə kənd təsərrüfatı və digər müəssisələr də daxildir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}