Vahid Əhmədov Maliyyə Nazirliyini tənqid etdi
Tarix: 21-05-2019 12:37 | Bölmə: Xəbərlər
Vahid Əhmədov Maliyyə Nazirliyini tənqid etdi

Dövlət başçısının apardığı siyasətə bəzi qüvvələr kölgə salmağa çalışır. Özlərini professor, doktor, ekspert hesab edən bəziləri həyata keçirilən islahatların effektsizliyini və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Mənim fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?

Reyting.az-ın xəbərinə görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 21-də keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dövlət başçısı 2016-2020-ci illər üçün “Strateji yol xəritəsi” qəbul edib: “Bu yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. Təklifim odur ki, belə büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır. Büdcənin icrası ilə bağlı müzakirələrə qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, onlar öz fikirlərini bildirsinlər, biz də öz arqumentimizi ortaya qoyaq. Qoy onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”.

Vahid Əhmədovun fikrincə, Maliyyə Nazirliyi il boyu bircə tədbir keçirib, vacib məsələləri müzakirə etmir: “Təklif edərdim ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə, heç olmasa, investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizlərə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}