"Parnik"də narkotik becərən şabranlı tutuldu - FOTO
Tarix: 24-05-2019 11:37 | Bölmə: Xəbərlər
"Parnik"də narkotik becərən şabranlı tutuldu

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə Şabran RPŞ-nin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində, rayonun Mollakamallı kənd sakini Laçın Atakişiyevə məxsus evin həyətyanı sahəsində yerləşən istixanada xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Hal şahidlərinin iştirakı ilə həmin istixanaya baxış zamanı oradan yaş çəkisi 1755 qram təşkil edən hündürlüyü 10-204 sm olan 32 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}