Heydər Əliyev Fondu iftar süfrəsi açdırıb - Fotolar
Tarix: 26-05-2019 08:37 | Bölmə: Xəbərlər
Heydər Əliyev Fondu iftar süfrəsi açdırıb

Gəncədəki İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb.

Əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr və dualar oxunub.

Çıxışlarda bildirilib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. Azərbaycanda bu gün həmrəylik və sabitlik hökm sürür.

Çıxışlarda, həmçinin ölkəmizdə dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs edilib, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğu vurğulanıb.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Qeyd edək ki, Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə”də 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri həyata keçirilib. 2016-cı il fevralın 17-də dövlətimizin başçısı “İmamzadə” dini kompleksinin açılışında iştirak edib.

“İmamzadə” ziyarətgahının ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra Şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə yaraşıqlı minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi bu gün mömin müsəlmanların ən çox ziyarət etdiyi məkanlardan biridir.(Trend)

Heydər Əliyev Fondu iftar süfrəsi açdırıbHeydər Əliyev Fondu iftar süfrəsi açdırıbHeydər Əliyev Fondu iftar süfrəsi açdırıb




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}