Sumqayıtda üç mənzildə 3 kişi meyiti tapılıb
Tarix: 13-06-2019 19:45 | Bölmə: Xəbərlər
Sumqayıtda üç mənzildə 3 kişi meyiti tapılıb

Sumqayıt şəhərinin ayrı-ayrı ünvanlarında ölüm hadisəsi qeydə alınıb.

Reyting.az apa-ya istinadla xəbər verir ki, 20-ci məhəllə, ev 2-də yaşayan 36 yaşlı Elçin Talıbovun meyiti aşkar olunub.

***

Corat qəsəbəsində isə əvvəl məhkum olunan 46 yaşlı Rasim Fətəliyevin meyiti yaşadığı evdən tapılıb.

***

Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən yataqxanada yaşayan, 48 yaşlı Mais Cəfərovun meyiti yaşadığı evdə aşkar edilib. Ölümün səbəbləri araşdırılır.

Hər üç ölümün səbəbləri Sumqayıt şəhər Prokurorluğunda araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}