Rusiyada İŞİD-çi tutuldu
Tarix: 14-06-2019 10:05 | Bölmə: Xəbərlər
Rusiyada İŞİD-çi tutuldu

Rusiyada İŞİD tərəfdarı saxlanılıb.

Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilir ki, o, Çitaya ölkənin digər regionundan gəlib. Saxlanılan şəxsin məqsədi qanunsuz yolla silah almaq imiş. İyirmi üç yaşlı gənc internetdə öz tanışları arasında fəal şəkildə terrorçuluğu təbliğ edirmiş. O, diversiya-terror əməliyyatlarını öyrənib və odlu silah-sursatı almaq imkanlarını axtarırmış.

Gənc Suriyaya getmək və İŞİD-in terrorçuluq fəaliyyətində iştirak etmək niyyətində imiş. O, şübhəli şəxs kimi saxlanılıb, təhqiqat aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}