Müharibə əlillərinə yeni avtomobillər verildi - Fotolar
Tarix: 14-06-2019 11:50 | Bölmə: Xəbərlər
Müharibə əlillərinə yeni avtomobillər verildi

15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə 50 ədəd “Xəzər” markalı minik avtomobili təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə verilən avtomobillər müharibə əlillərinin sevincinə səbəb olub. Onlar bildiriblər ki, avtomobillərin Milli Qurtuluş Günü ərəfəsində təqdim olunmasını bayram hədiyyəsi kimi qəbul edirlər. Müharibə əlilləri göstərilən yüksək qayğıya, ümumillikdə əlilliyi olan insanların bütün sahələrdə qayğı ilə əhatə olunmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Avtomobillərin təqdim edilməsi tədbirində nazirliyin Aparat rəhbəri Hidayət Abdullayev nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

H. Abdullayev bildirib ki, 1993-cü ilin 15 iyununda ümummilli liderimiz Heydər Əliyevin xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıdışı Milli Qurtuluş Günü kimi müasir tariximizin şərəfli səhifəsinə çevrilib. Bu qayıdışdan sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq ildən-ilə güclənib, ölkəmiz uzunmüddətli inkişaf yoluna qədəm qoyub. Eyni zamanda, həssas qrupların, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də müharibə əlillərinin, şəhid ailələrinin mənzillə, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı proqramlarına başlanılıb.

H. Abdullayev deyib ki, Azərbaycan 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf yolu keçib.

"2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib. Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib".

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini bildirib.

Tədbirdə çıxış edən ictimai təşkilatların rəhbərləri şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin getdikcə gücləndirilməsindən razılıqlarını ifadə ediblər.

Müharibə əlillərinə yeni avtomobillər verildiMüharibə əlillərinə yeni avtomobillər verildiMüharibə əlillərinə yeni avtomobillər verildi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}