Rusiya baş qərargah rəisi Bakıya gəlib - Səbəb
Tarix: 10-07-2019 13:58 | Bölmə: Xəbərlər
Rusiya baş qərargah rəisi Bakıya gəlib

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıya gəlib.

Məlumata görə, general Gerasimov Bakıya NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı, general Tod Uolterslə danışıqlar aparmaq üçün səfər edib.

“Bakıda olduğu müddətdə ordu generalı Valeri Gerasimov NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Tod Ulterslə danışıqlar aparacaq. Habelə Azərbaycan rəhbərliyi ilə hərbi-siyasi danışıqların aparılması planlaşdırılır”,- deyə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}