Baş nazir vitse-prezidentə medal təqdim etdi
Tarix: 18-07-2019 14:32 | Bölmə: Xəbər lenti
Baş nazir vitse-prezidentə medal təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Reyting.az
xəbər verir ki, Baş Nazir Novruz Məmmədov X.Yusifzadəni qəbul edib, mükafata layiq görülməsi münasibətilə onu təbrik edib, Prezidentin tapşırığı ilə yubiley medalını görkəmli neftçi-alimə təqdim edib.

N.Məmmədov X.Yusifzadəyə möhkəm cansağlığı arzulayıb və onun respublikanın neft sənayesinin inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağına əmin olduğunu bildirib.

Akademik ölkə neftçilərinə göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Azərbaycan neftçiləri dövlət başçısının tapşırıqlarına bundan sonra da şərəflə əməl edəcək, Azərbaycanın nefti və qazı ilə bağlı möhtəşəm layihələri uğurla həyata keçirəcəklər.

X.Yusifzadə onu qəbul etdiyi və yubiley medalını şəxsən təqdim etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirib.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
24-08-2019, 10:02 Xəzərdə zəlzələ oldu

{sape_links}{sape_article}