Meşədə çətənə bitkisi becərən 58 yaşlı şəxs saxlanıldı
Tarix: 20-07-2019 14:34 | Bölmə: Xəbərlər
Meşədə çətənə bitkisi becərən 58 yaşlı şəxs saxlanıldı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, Qusar RPŞ-ninəməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Zeyxur kənd sakini 58 yaşlı Yüzbəy Kiçibəyov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan Y.Kiçibəyov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 82-124 sm olan 15 ədəd çətənə kolu(kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktlabağlı Qusar RPŞ-də araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}