Bakıdakı xəstəxana binasında yanğın olub - Fotolar
Tarix: 16-08-2019 00:02 | Bölmə: Xəbərlər
Bakıdakı xəstəxana binasında yanğın olub

Bakının Yeni Suraxanı qəsəbəsindəki 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasında yanğın baş verib. Binanın damında başlayan yanğın bir neçə palataya da keçib.

FHN-in Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Xəstəxananın tibbi personalı və xəstələr yanğın ehtimalı olan palatalardan təxliyyə olunublar. Xəstəxana binasının damında, təxminən, 25-30 kv/m ərazidə başlayan yanğın qısa zamanda söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bakıdakı xəstəxana binasında yanğın olub
Bakıdakı xəstəxana binasında yanğın olub

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}