Araz Ağalarovun qardaşı qızının evi qarət olunub - Foto
Tarix: 22-08-2019 10:01 | Bölmə: Xəbərlər
Araz Ağalarovun qardaşı qızının evi qarət olunub

Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

Bu barədə məlumatı "REN TV" yayıb.

Məlumata görə, Leninsk prospektində yerləşən mənzildən 1 milyon rubl (26 min AZN), 25000 ABŞ dolları oğurlanıb.

Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar.

Maraqlı orasındadır ki, oğurluq edənlər xanımın qızıl və qiymətli bəzək əşyalarına dəyməyiblər.

Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.(Baku.ws)

Araz Ağalarovun qardaşı qızının evi qarət olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}