Oğuz rayonunda meşə yanır - FHN
Tarix: 25-08-2019 12:12 | Bölmə: Xəbərlər
Oğuz rayonunda meşə yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

Məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}