Deputat sakinlərin evini zorən sökdürdür - Foto
Tarix: 11-09-2019 15:37 | Bölmə: Xəbərlər
Deputat sakinlərin evini zorən sökdürdür

Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi 17 ünvanında yerləşən binanda yaşayan sakinlərin evlərini sökdürür.

Reyting.az
saytı Unikal.org-a istinadla xəbər verir ki, həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK-nın işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb:

“Görün məni nə günə salıblar? Bu yaşımda başıma belə bir “oyun” açacaqlarını gözləmirdim. Evimi sökməklə məni öldürdülər”.

Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürtmələri artıq adi hal alıb. Bu barədə onlar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsələr də, hər hansı bir tədbir görülmür. Pilot layihə adı ilə sakinlərin mənzilləri zorən əllərindən alınır.

Deputat sakinlərin evini zorən sökdürdür
(Ə. Qasımovun sökdürdüyü ev)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}