Keçmiş diktator xəstəxanaya yerləşdirilib
Tarix: 13-09-2019 10:39 | Bölmə: Xəbərlər
Keçmiş diktator xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanında sığınacaq tapmış Tunisin sabiq prezidenti Zeynəlabidin Bin Əlinin vəkili müvəkkilinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, vəkil Munir bin Saleh məlumatı Bin Əlinin qızı Həlimədən aldığını bildirib.

“Bin Əli xəstəlikdən əziyyət çəkir, lakin bunun xərçənglə əlaqəsi yoxdur və eks-prezidentin fiziki vəziyyəti sabitdir".

Xatırladaq ki, Tunis inqilabından və Bin Əlinin rejiminin devrilməsindən bəri bu, vəkilinin və ailəsinin xəstəlik barədə ilk açıqlamasıdır.

Səudiyyə Ərəbistanına qaçandan sonra eks-prezidentin özü də heç bir açıqlama verməyib.

Tunis məhkəməsi Bin Əlini qiyabi olaraq mühakimə və çoxsaylı ittihamlarla 5 il həbs cəzasına məhkum edib.

Səudiyyə Ərəbistanı onu ölkəsinə təhvil verməkdən boyun qaçırıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}