Parlament Krımın adını dəyişmək istəmir - Deputat
Tarix: 17-09-2019 14:59 | Bölmə: Xəbərlər
Parlament Krımın adını dəyişmək istəmir

“Krımın adının dəyişdirilməsi təklifinə baxılmayacaq“, - bu barədə yarımada parlamentinin deputatı Vladimir Konstantinov məlumat verib.

“Mən bu ideyanın qəti əleyhinəyəm. Krımda bizim üçün yetərincə görməli işlər var, qarşımızda böyük vəzifələr durur”, – Konstantinov sözlərinə əlavə edib.

Onun sözlərinə görə, region əhalisi uzun illər “Krım Respublikası” adı uğrunda mübarizə aparıb, əziyyət çəkib. “Bu sözlərin bizim üçün böyük mənası var və hər birimizin qəlbində özünə yer edib. Krımı bu gün bütün dünya tanıyır, amma “Tavrida” sözünü soruşsanız, heç kəs bilməyəcək, gərək uzun-uzadı izahat verəsən”, – deyə Konstantinov bu ideyanı həm də mənəviyyata zidd hesab edib.

“Tavrika” (“Tavrida”, “Tavriya”) Krımın qədim adıdır. Qədim yunanlar əvvəlcə yarımadanın cənub sahilini, sonra isə bütün ərazisini bu cür adlandırıblar.

Yarımada 1873-cü ildə Rusiyaya birləşdirildikdən sonra XX əsrin 20-ci illərində Krım Sovet Sosialist Respublikası yaradılana qədər də Tavrida adlanıb.

İndiki addan XIII yüzildə monqollar bu ərazini işğal etdikdən və “Kırım” şəhəri Qızıl Orda xanı canişinin iqamətgahına çevrildikdən sonra geniş istifadə olunmağa başlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}