Terrorçuların lideri ABŞ diplomatına yalvarıb - Foto
Tarix: 14-10-2019 10:55 | Bölmə: Xəbərlər
Terrorçuların lideri ABŞ diplomatına yalvarıb

Türk Silahlı Qüvvələrinin (TSK) “Sülh bulağı” əməliyyatına başlamasından bir neçə gün sonra Suriya Demokratik Gücləri (SDG) adlı terror təşkilatının rəhbəri “Məzlum Kobani” kod adlı Şahin Kilo ABŞ-a onları xilas etmək üçün yalvarıb.

Reyting.az
kürd terrorçularının ABŞ diplomatlarına yalvarmasını və apardıqları danışıqların mahiyyətini oxuculara təqdim edir.

Terrorçu SDG-nin komandiri Məzlum Kobani ilə ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsinin köməkçisi Villiam Roebuk arasında danışıq ötən həftənin çərşənbə günü baş tutub.

Məzlum Kobani ABŞ diplomatına “Xalqımızı qorumağa istəkli deyilsiniz, ancaq başqa bir gücün gəlib bizi qorumasını da istəmirsiniz. Bizi satdınız. Bu əxlaqsızlıqdır”, - ifadəsini işlədib.

“ABŞ-ın Türkiyənin hücumlarını dayandırmağa yardım etməsi və ya SDG-nin Bəşər Əsəd rejimi, habelə onun müttəfiqi Rusiya ilə bir anlaşma əldə etməsinə icazə verməsi”, - mövzusu ətrafında gedən söhbət zamanı Məzlum Kobani bildirib ki, Rusiya ilə anlaşma əldə etsələr rus təyyarələri Suriyanın şimal-şərqinin hava məkanını uçuşlara qadağan zona elan edəcək və beləcə, Türkiyənin hava hücumları təşkil etmək imkanı mədudlaşdırılacaq.

ABŞ diplomatı isə SDG komandirinin israrlarını Vaşinqton administrasityasına çatdıracağına deyib və əlavə edib ki, Amerika kürdlərin ruslardan dəstək istəməsinə razı deyil.

Məzlum Kobani isə ABŞ-ın bu cavabından qəzəblənərək diplomata deyib ki, xalqımızı qoruyub-qorumayacağınızı və başımıza yağan boçbaları dayandırıb-dayandırmayacağınızı bilmək istəyirik:

“Fikirlərinizi bu başdan bilək ki, indi Rusiya və Əsəd rejimi ilə anlaşma əldə edərək təyyarələrini qorumaq üçün hava məkanımıza dəvət edə bilək”.

Kobani ayrıca İŞİD-lə mübarizə üzrə diplomata yalvarıb: “Mətbuata çıxmamaq, ABŞ-ın bizdən imtina etdiyini deməmək, hava sahəmizi ruslara və rejimin təyyarələrinə təqdim etməmək üçün iki gündür özümü birtəhər saxlayıram. Ya bu saat xalqımızın bombalanmasını dayandırmalısınız, ya da kənara çəkilin, rusları bura dəvət edək”.

ABŞ diplomatı isə SDG komandanına qəfil qərar verməməyi məsləhət görüb. Bildirib ki, kürd liderinin mesajlarını ABŞ Dövlət Departamentinə çatdıracaq: “ABŞ Türkiyənin hücumlarını dayandırmaq və atəşkəsin əldə edilməsi üçün işləyir”.

CNN kanalı isə bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Mark Milley SDG məsələsində konkret mövqe ifadə edib: “Onlara bu nöqtədə səhv etməmələrini tövsiyə edirik və bəzi diplomatik həll yollarına icazə verməyə təşviq etməyə çalışırıq”.

Terrorçuların lideri ABŞ diplomatına yalvarıb

Xatırladaq ki, dünən artıq SDG terror təşkilatının Əsəd rejimi və Suriya ilə anlaşdığı ortaya çıxıb. Amma anlaşmanın şərtləri haqqında informasiya verilməyib. Hətta bu razılaşmadan sonra Bəşər Əsədə bağlı SANA agentliyi Suriya hökumət ordusunun ölkənin şimal şərqinə hərəkət etdiyi, Hələbin yaxınlığında mövqe tutaraq türk ordusuna qarşı həmləyə hazırlaşdığını iddia edib. Amma sonradan bəlli olub ki, türk ordusunun Menbiçə daxil olmasından sonra Əsəd qüvvələri geri qayıtmalı olub.

Müşahidlər göstərir ki, “Sülh bulağı”əməliyyatı Suriyada şərtləri dəyişir. Belə ki, böyük güclərdən ABŞ geri çəkilir, əvəzində Rusiya önə çıxır. Əsəd rejimi SDG ilə anlaşır. Amma türk ordusu da əməliyyatlarını davam etdirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}