Ruhani Bakıya gəlir
Tarix: 21-10-2019 11:26 | Bölmə: Xəbərlər
Ruhani Bakıya gəlir

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif oktyabrın 25-də Azərbaycana gələcək.

Reyting.az
xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

O bildirib ki, Ruhani Bakıda rəsmilərlə görüşməklə yanaşı, Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}