Komitə sədri: erkən nikahların sayı azalıb
Tarix: 22-11-2019 11:43 | Bölmə: Xəbərlər
Komitə sədri: erkən nikahların sayı azalıb

Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayında ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb. Həmin il bu göstərici 5138 nəfər olub.

Reyting.az
-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırılıb və 2012-ci ildən bu göstərici azalıb.

H. Hüseynova diqqətə çatdırıb ki, 2018-ci ildə bu göstərici 338 olub: “Əvvəl 15-17 yaşında ana olan qızların sayı 4392 nəfər idisə, 2018-ci ildə bu göstərici 2129 nəfərdir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}