Ermənilərin Bakı səfəri etirazla qarşılanır - Bəyanat
Tarix: 05-12-2019 09:03 | Bölmə: Xəbərlər
Ermənilərin Bakı səfəri etirazla qarşılanır

Qarabağ Azadlıq Təşkilatı (QAT) Bakıda keçirilən TRASEKA-nın toplantısına Ermənistandan nümayəndələrin gəlməsinə etiraz edir.

QAT-dan bununla bağlı Reyting.az-a göndərilən bəyanatda Emənistandan nazir müavini və digərlərindən ibarət heyətin Bakıya gəlməsi, beynəlxalq tədbirə - TRASEKA-nın toplantısına qatılması qətiyyətlə pislənilir. QAT bəyan edir ki, ermənilərin bu səfəri Azərbaycanın maraqlarına cavab vermir: “Bu, erməni siyasətinin bir hissəsidir, əvvəl jurnalistləri göndərdilər, indi məmurlar gəlir, işğalçı Ermənistanın Baş nazirinin arvadı da bildirib ki, dəvət etsələr o da gələr, ondan sonra da Baş nazirin özü gələcək. Bütün bunlarla ermənilər gediş-gəlişi adiləşdirməyə, işğal faktını unutdurmağa, torpaqlarımızın ilhaq prosesini başa çatdırmağa çalışırlar”.

QAT hesab edir ki, Azərbaycan hakimiyyəti beynəlxalq güclərin təzyiqlərinə baxmayaraq bu prosesin qarşısını almağın yolunu tapmalıdır: “Azərbaycanın bütün siyasi, ictimai qurumları, hər bir vətəndaş bu məkrli erməni siyasətinə etiraz etməlidir.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bir il əvvəl, ötən ilin sentyabrında keçirilmiş Qarabağ mitinqi ərəfəsində yeni kursu, xətti elan etmişdik. Bu kursa görə, Qarabağın işğaldan azad olunması üçün dövlət və xalq, hakimiyyət və cəmiyyət, iqtidar və müxalifət birlikdə hərəkət etməlidir. Biz həmin kursa sadiq qalaraq, bir daha bildiririk ki, ermənilərin bu hərəkətləri ilə Azərbaycanda qarşıdurma yaratmasına, hakimiyyətlə cəmiyyəti üz-üzə qoymasına imkan verilməməli, dövlətlə xalqın birliyini qoruyub saxlamalı və bu günlərdə birliyimizi nümayiş etdirməliyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}