19:21 / 21-01-2020
Azərbaycan əhalisi artıb
Məmurun Bakıdakı mənzilində iki qadın öldürüldü
Tarix: 14-12-2019 09:19 | Bölmə: Cəmiyyət / Xəbər lenti
Məmurun Bakıdakı mənzilində iki qadın öldürüldü

Bakının Sabunçu rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

Reyting.az
Criminal.az-a istinadla xəbər verir ki, qətl ötən gecə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 49A ünvanında - “Uğur-2” yaşayış kompleksindəki mənzildə törədilib.

Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.

Mərhumələrin nəşləri müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.

Qətl törədilən mənzil məmura – Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. Həmin şəxsin hadisə baş verən kompleksdə bir neçə mənzili kirayə verdiyi iddia olunur.

***

Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və onun qızı, 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə xəsarət yetirilmiş meyitləri aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı bəzi məlumatlar üzə çıxıb.

Reyting.az Axar.az-a istinadla xəbər verir ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş.

Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır. Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş.

Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir.

Qətlin səbəbi bilinmir.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}