Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək
Tarix: 16-01-2020 11:07 | Bölmə: Xəbərlər
Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək

“Mətbuat Şurası səsvermə günü bir neçə istiqamətdə öz fəaliyyətini quracaq. Qurumun qaynar xətti fəaliyyəti fəaliyyət göstərəcək”.

Bunu Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində jurnalistlər üçün "Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə. Amaşov deyib ki, qaynar xəttə daxil olan məlumatlar ilk öncə Mərkəzi Seçki Komissiyasına ötürüləcək: “Öncəki seçkilərdə qaynar xəttə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}