18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

54 nəfəri düşmən mühasirəsindən çıxaran namizəd...
Tarix: 17-01-2020 09:08 | Bölmə: Xəbərlər

Tarixin tarixi olmayanda əfsanələşir. Demək, tarixin özünə də tarix gərəkdir. Tarixi yalnız qəhrəmanlar yazır və onlar tarixdə qalib olaraq qalırlar. Xoşbəxt o kəslərdir ki, sağlığında adını tarixin salnaməsinə yazdıraraq könüllərdə əbədi sevgiyə çevrilirlər. Elə tarixi şəxsiyyətlər, qüdrətli simalar var ki, onların tərcümeyi-halı ilə tarix yaranır. Bunun üçün ilk növbədə vətənpərvər ruhda, milli amal uğrunda dövlətinin və vətəninin təmənnasız vətəndaşı olmağı bacarmaq lazımdır. Vətəninin həqiqi mənada əsl vətəndaşı olanlardan biri də dövlətini və xalqını canı qədər sevən Ağayev Hikmət Səttar oğludur.
Ağayev Hikmət Səttar oğlu 1966-cı il yanvarın 6-da Lerik rayonunun indiki Günəşli kəndində anadan olub. Valideynləri işlə əlaqədar Bakı şəhərinə köçdüyündən Hikmət də ilk ibtidai təhsilini Nizami rayonunun 70 saylı məktəbində, daha sonra isə Binəqədi rayonunun 246 saylı orta məktəbində alır. Orta təhsilini başa vurduqdan sonra hərbi ali təhsil almaq üçün Şimali Osetiyanın Orcenikidze şəhərinə gedir, lakin orada sınaq imtahanlarından keçmədiyi üçün elə oradan da könüllü olaraq həqiqi hərbi xidmətə yola düşür. Silahlı qüvvələrin təlim alayında xidmət etdiyi vaxtlarda qazandığı yüksək nailiyyətlərə görə valideynlərinə hərbi komandanlıq tərəfindən təşəkkür məktubları göndərilir. Daha sonra serjantlıq məktəbini bitirdikdən sonra 350 kursantın arasından cəmi 5 nəfər serjant rütbəsi alır. Onlardan biri də Hikmət olur.

Hərbi xidmətini başa vurmağa az qalmış Hikmət hərbiçi olmaq arzusunu öz komandirlərinə bildirir. Komandirləri ona bu sahədə köməklik göstərir və o, yenidən lazım olan sənədləri yığaraq bir daha Şimali Osetiyada yerləşən Ümumqoşunlar Ali Hərbi Məktəbinə imtahanları uğurla verərək qəbul olur. Hərbi təhsilini başa vurduqdan sonra 1989-cu ildə SSRİ Silahlı Qüvvələrinin Sempolotski nüvə poliqonu deyilən məxfi hərbi hissədə zabit kimi bölük komandiri vəzifəsində hərbi xidmətə başlayır. 1992-ci ildə Xocalı hadisəsi ilə bağlı millətlərarası münaqişələr mövzusunda Xocalı soyqırımı haqda əsgərləri çəkinmədən məlumatlandırır. Bu hərəkətinə görə oranın xüsusi xidmət orqanlarının “qara siyahı”sına düşür və buna görə onu çox incidirlər.
1992-ci ilin 28 aprel tarixində 2 körpə övladı və ailəsi ilə birlikdə Azərbaycana məzuniyyətə gəlir. Burada Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı peşəkar zabit kimi Azərbaycan ordusunda nəyəsə yarıyaram deyə düşünür. Və bu niyyətlə də mayın 6-da Müdafiə Nazirliyinə gedərək öz zabit vəsiqəsini təqdim edir. O vaxt orada mayor rütbəsində olan Elman Orucov (hazırda Naxçıvan Hərbi Diviziyasında general-polkovnik rütbəsində xidmət edir) onun vəsiqəsinə baxdıqdan sonra təklif edir ki, 704 saylı hərbi hissədə xidmət etmək üçün səhəri gün Biləcəri qəsəbəsinə gəlsin. Mayın 7-də Hikmət Ağayev Biləcəri qəsəbəsinə gələrək Elman Orucovla görüşür. Elman Orucov bir vərəqə onun tərcümeyi-halını yazandan sonra bildirir ki, sən burada 1-2 saat gözlə, mən nazirliyə gedib gəlirəm. Elə də olur, Elman Orucov nazirlikdən gələndən sonra ona hərbi geyim verilir və onun tabeliyində olan əsgərləri toplayırlar. Kalonun yola düşməyinə cəmi 2 saat qaldığından Hikmət tez evə gəlib ailəsi və uşaqları ilə görüşür və sanki sonuncu dəfə görüşürmüş kimi xatirə şəkli çəkdirib yenidən Biləcəri qəsəbəsinə qayıdır. Onu Dağlıq Qarabağda gedən döyüşlərə göndərərkən bildirirlər ki, kalon tərpənir, sən də kalona rəhbər gedirsən. Həmin axşamı Laçın rayonu istiqamətinə yola düşürlər. Laçın rayonuna çatırlar və orada döyüşlərdə briqada komandiri olan Elbrus Orucovun sərəncamına gəlirlər.

Həmin ərəfədə Laçınla Şuşa arasında Turşsu adlı kənddə yerləşirlər və oradaca onları postlara bölürlər. Hikməti Zarıslı və Teleqüllə deyilən 2 post xidmətinə təyin edirlər. Daha sonra ona Kəlbəcər istiqamətində Laçının çıxacağında bir mövqe verirlər. Orada döyüş aparmaq üçün post qururlar və ermənilərə qarşı amansız mübarizə aparırlar. Hikmətin 50 günlük məzuniyyəti başa çatdığından o, könüllü olsa da, yenə də briqada komandiri Elbrus Orucova bildirir ki, Rusiyadakı öz işlədiyi hərbi hissəyə qayıtmasa onu hərbi prokurorluğa verə bilərlər. Elbrus Orucov ona döyüşlərdə göstərdiyi şücaətinə görə öz təşəkkürünü bildirir və yenidən vətənə qayıdıb-qayıtmamağı barədə soruşur. Hikmət Ağayev bildirir ki, gedib qanuni formada oradakı hərbi hissədə işdən çıxıb mütləq qayıdacaq. Elə də olur. Ailəsi Bakıda qalır, özü yenidən Rusiyaya, hərbi hissəyə qayıdır. Bir həftə ərzində qanuni formada sənədlərini toplayaraq öz xahişi ilə oradakı hərbi xidmətindən azad olunur. Bakıya qayıdaraq öz hərbiçi sənədləri ilə yenidən Müdafiə nazirliyinə gedir, orada kadrlar şöbəsində polkovnik Qurban Əliyevlə görüşür və bildirir ki, 704 saylı hərbi hissədə zabit kimi könüllü olaraq döyüşüb.

Ona bildirirlər ki, 704 saylı hərbi hissə çox ağır döyüş mövqeyindədir. Hikmət bildirir ki, mən də elə məhz ona görə yenidən ora qayıtmaq istəyirəm. Ona göndəriş vərəqəsi verirlər. Səhəri gün Ağdama gedən kalonla yola düşür və 704 saylı hərbi hissənin Ağdamın Çəmənli kəndində yerləşən qərargahına gedir. Baş leytenant kimi ən ağır döyüşlərdə iştirak edir və ona tapşırılan mövqeləri mərdcəsinə qoruyur.
Abdal Gülablı istiqamətində döyüş əməliyyatı zamanı Hikmət rəhbərlik etdiyi 54 nəfərlik döyüşçüləri ilə mühasirəyə düşür. Ermənilər 8 saat döyüş aparsalar da onların müqavimətini qıra bilmirlər. Ermənilər onların ratsiya danışıqlarını eşitməsinlər deyə Hikmət qərargahla olan əlaqəni kəsir. Bütün məsuliyyəti öz üzərinə götürən Hikmət peşəkar hərbiçiliyi sayəsində güclü taktiki gediş edərək 54 nəfəri mühasirədən çıxarır. Uzaq məsafə qət etdiklərinə görə, cəmi 1 nəfər yaralı olduğu üçün qanaxma nəticəsində şəhid olur. Ermənilərin onları əsir götürmək cəhdləri boşa çıxır. Bu əməliyyatda göstərdiyi şücaətinə görə Hikmət Ağayevə kapitan hərbi rütbəsi verilir. Döyüşlərdən sonra Hikmət Ağayev Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirir və daha sonra hüquq üzrə ali təhsil alır.
Artıq 1993-cü ilin mart ayında onu yüksək peşəkar hərbiçi kimi Azərbaycan Respublikasının Ali Hakimiyyət İdarəetmə Orqanlarının Mühafizə İdarəsi kimi bir qurumun yaradılmasına kömək etmək üçün dəvət edirlər. Bu, həmin ərəfə idi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəlmişdir. Həmin vaxtdan başlayaraq Hikmət Ağayev N saylı hərbi hissənin nəzdində xüsusi təyinatlarda döyüş görmüş və digər tanıdığı mərd oğullar arasında seçim edir. Dövlət və dövlətçiliyimizi qorumaq üçün sədaqət prinsipləri üzərində xüsusi bir qurum yaradırlar. Bu illər ərzində Hikmət Ağayev 2 dəfə Heydər Əliyevlə şəxsi görüşdə olub və Ulu Öndər ona döyüşlərdə göstərdiyi şücaətlərinə və sədaqətli xidmətinə görə öz təşəkkürünü bildirərək hərbiçilər üçün Milli Qəhrəman statusuna bərabər olan ən yüksək ordenlə - "Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. Nəhayət, 1993-cü ilin iyun ayından başlayaraq 2016-cı ilə kimi düz 25 ilə yaxın Hikmət Ağayev dövlətin mühafizə xidmətində polkovnik rütbəsində zabit kimi xidmət edərək təqaüdə çıxır. Hikmət Ağayev təhlükəsizlik xidmətində işlədiyi dövrlərdə "Vətən uğrunda” medalı, "İgidliyə görə” medalı, hərbi xidmətdə fərqlənməyə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallar, xüsusi xidmətlərə görə 3 kateqoriyada olan medalların hamısı, Xüsusi Dövlət Mühafizə Xidmətinin "Fəxri əməkdaşı” medalı və bunlardan əlavə saysız-hesabsız yubiley medalları ilə təltif olunub.
Səhhəti ilə bağlı təqaüdə çıxdıqdan sonra da daim vətənpərvər ruhda olan Hikmət Ağayev ictimai işlərdə öz fəaliyyətini davam etdirir. Belə ki, QHT-nin üzvü olaraq keçmiş döyüşçü yoldaşları ilə birlikdə orta məktəblərdə, tədris idarələrində, bütün hərbi hissələrdə görüşlər keçirir, tədbirlər təşkil edərək dövlət və dövlətçilik, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi yolunda və amalı mövzusunda çıxışlar edirlər. 2018-ci ildə Türkiyə Afrin savaşına başlayanda onlar burada "Azərbaycan əsgərindən Türk əsgərinə salam olsun” devizi altında şüar səsləndirirlər. Türkiyə dövləti də bu şüarı dəstəkləyir və onları rəsmi olaraq Türkiyəyə dəvət edirlər. Onlar Azərbaycan Qaziləri Cəmiyyəti adından 10 gün Ankarada və 10 gün də İstanbulda Türk Qazilər Dərnəyi ilə birlikdə dövlət səviyyəsində bir çox rəsmi şəxslər və şəhid ailələri ilə görüşürlər.
2019-cu ilin oktyabr ayında Türkdilli dövlətlərin sammiti Bakıda keçirilən ərəfədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan protokoldan kənar onlarla görüş keçirərək xatirə şəkilləri çəkdirirlər.
Hikmət Ağayevin dedikləri:

"Biz vətənpərvərlik ruhunda Azərbaycanımızın sabahlarına elə bir miras qoymalıyıq ki, vətənimiz daim yaşasın. Bizim bir amalımız var, Azərbaycanın hər bir qarış torpağı bizim üçün əziz olmalıdır. Bu gün işğal olunmuş torpaqlarımız bizə olduqca əzizdir və əziz torpaq üçün canımızdan da keçməyə hazır olmalıyıq. Biz öz aramızda həmrəyliyi itirməməliyik. Nə qədər ki, Azərbaycan var, Azərbaycan dövləti var, ali rəhbərimiz və müstəqilliyimiz var, bir Azərbaycan vətəndaşı olaraq hər birimiz üçrəngli bayrağımızın altında Ali Baş Komandanın ətrafında sıx birləşməliyik ki, düşmən də nəyə qadir olduğumuzu görsün.
Bu gün Azərbaycan xalqı müharibədən qorxmur, biz sadəcə, qan tökülmədən Azərbaycanın işğal olunmuş torpaqlarımızın hüquqi müstəvidə öz həllini tapmasını istəyirik.
Mən bu gün də Ali Baş Komandanın müzəffər əsgəriyəm. Ali Baş Komandanın əmrindən sonra biz öz sözümüzü deməyə hazırıq.
Mən əsgərlərlə səngərlərdə görüşəndə deyirəm ki, uşaqlar, siz indi birinci eşalondasınız, amma sabah müharibə başlasa siz 2-ci eşalon olaraq arxa cəbhədə olacaqsınız. Çünki ön cəbhə bizlikdir, öndə biz olacağıq.
Azərbaycan xalqı öz zəngin keçmişi ilə yaşamağa layiq olan xalqdır. Onun üçün də deyirəm - Vətən sağ olsun! Yaşasın Azərbaycanımız! Mənim bir şüarım var: Qələbə Allahın, uğur Azərbaycanın olsun!"
Bu gün Hikmət Ağayev kimi qeyrətli Vətən oğlu 78 saylı Seçki Dairəsindən deputatlığa namizəddir və dəyərli seçicilərindən səs istəyir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:08
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
Bu gün, 16:21
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
Bu gün, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
Bu gün, 12:08
Əli Əsədov Qırğızıstana gedib
Bu gün, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
Bu gün, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
Bu gün, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Bu gün, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
Bu gün, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Bu gün, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
Dünən, 16:56
Aİ komissarı Azərbaycana gəlir
Dünən, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
Dünən, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
Dünən, 14:27
Toxunuş qızılın kütləsini azaldır
Dünən, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
Dünən, 12:39
Deputat: “Güzəşt müddəti uzadılsın”
Dünən, 11:44
İsrailin Qəzzaya hücumları davam edir
Dünən, 11:19
İlham Əliyev Donald Trampa təşəkkür edib
Dünən, 10:09
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
Dünən, 09:25
Qurban Qurbanov: "Biz bu oyundan həzz almalıyıq"
16-09-2025, 17:39
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
16-09-2025, 15:55
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
16-09-2025, 15:11
Cəlilabadda məktəbli bıçaqlanıb
16-09-2025, 10:59
Nazir: “Müharibə 60 və ya 90 günə bitə bilər”
16-09-2025, 10:28
Tramp qəzetdən 15 milyard dollar təzminat istəyir
16-09-2025, 08:12
Fəalın qətlində təqsirləndirilən şəxsi edam edəcəklər
16-09-2025, 07:55
Rubio: Tramp münaqişəyə son qoymağa çalışır
15-09-2025, 18:00
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
15-09-2025, 17:51
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
15-09-2025, 16:57
İş adamı Vüsal Abbasov həbs edilib
15-09-2025, 14:44
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
15-09-2025, 13:38
Prezident Ərdoğan Qətərə gedib
15-09-2025, 11:23
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
15-09-2025, 11:09
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
15-09-2025, 11:06
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
15-09-2025, 10:22
Donald Tramp İsrailə xəbərdarlıq edib
15-09-2025, 09:34
Bakıda mənzildən meyit tapılıb
15-09-2025, 08:57
Xəzər dənizində zəlzələ baş verib
15-09-2025, 08:08
Husilər silahı yerə qoymağı düşünmürlər
15-09-2025, 07:55
“Çarli Kirk şousu”nu Vens aparacaq
15-09-2025, 07:39
Azərbaycanda Bilik günü qeyd olunur
14-09-2025, 10:29
Dünya çempionatı Bakıda keçiriləcək
14-09-2025, 10:05
İki qəzada üç nəfər həyatını itirib
13-09-2025, 20:48
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
13-09-2025, 15:55
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
13-09-2025, 15:44
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13-09-2025, 12:30
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
13-09-2025, 12:25
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb