Ən təhlükəli qanqster həbsxanadan buraxılıb - Foto
Tarix: 18-01-2020 10:06 | Bölmə: Xəbərlər
Ən təhlükəli qanqster həbsxanadan buraxılıb

Honkonqun ən təhlükəli qanqsterlərindən biri - Szi Binsyun (Kanton dialektində Kvay Pinhun) 17 illik azadlıqdan məhrumetmə cəzasından sonra həbsxanadan buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə RTHK radiostansiyası bildirib.

Məlumata görə, polis keçmiş məhbusun ABŞ pasportu daşımasını əsas gətirərək Birləşmiş Ştatlara deportasiya edilməsi üçün onu dərhal aeroporta qədər müşayiət edib.

Materik Çindən 1980-ci ildə qanunsuz olaraq Honkonqa köçmüş 59 yaşlı Szi Binsyun burada zərgərlik salonlarından on milyonlarla dollar məbləğində 20 silahlı soyğunçuluq edib. Onun cinayətkar əməlləri tez-tez atışma, təqib və qan tökülməsi ilə müşayiət olunub. Qanqsterin tutulması üçün 2 milyon Honkonq dolları (257 min dollar) məbləğində misli görünməmiş mükafat təyin edilib.

Uzun illər axtarılan cinayətkar yalnız polisin 2003-cü ildə keçirdiyi reyd zamanı tutulub. Onun mənzilindən qumbaralar da daxil olmaqla, külli miqdarda silah-sursat götürülüb. Məhkəmə Szi Binsyunu 24 il müddətinə azadlıqdan məhrum edib. Ancaq o, nümunəvi davranışına görə vaxtından əvvəl azadlığa buraxılıb.( Azerbaycan24)

Ən təhlükəli qanqster həbsxanadan buraxılıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}