İsgəndər Həmidovun vəziyyəti ağırlaşıb - Professor
Tarix: 13-02-2020 11:40 | Bölmə: Xəbərlər
İsgəndər Həmidovun vəziyyəti ağırlaşıb

Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti çox ağırdır.

Reyting.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla məlumat yayıb.

O bildirib ki, sabiq naziri Türkiyədə gələn həkim də müayinə edib: "İstiqlalçı millət vəkili, dəyərli dostumuz İsgəndər Həmidovun vəziyyəti kritikdir. Bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi. Baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi".

Adil Qeybulla əlavə edib ki, İsgəndər Həmidovun cərrahi əməliyyat və ya xaricə aparılması variantları məqsədəuyğun sayılmayıb: "Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar. Allah şəfa versin, dualarımız onunladır"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}