Koronavirusa yoluxma və ölüm sayı artır
Tarix: 15-02-2020 09:00 | Bölmə: Xəbərlər
Koronavirusa yoluxma və ölüm sayı artır

Çinin Hubey əyalətində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı artıb.

Ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatına görə, yeni virusdan ölənlərin sayı artaraq 1 523 nəfər olub.

Koronavirusun yeni ştammına yoluxanların sayı 66 400 nəfəri ötüb.

Hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır. Ölkədə virusa yoluxma şübhəsi ilə 8 900-dən çox insan karantin altına alınıb.

Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 000-dən çox ölkə vətəndaşı isə tibbi nəzarətdə saxlanılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}