Çinlilərin Rusiyaya girişinə məhdudiyyət qoyuldu
Tarix: 20-02-2020 08:25 | Bölmə: Xəbərlər
Çinlilərin Rusiyaya girişinə məhdudiyyət qoyuldu

Koronavirusun yayılması ilə əlaqədar şəxsi, təhsil, turizm və işləmək məqsədi ilə Çin vətəndaşlarının Rusiyaya girişinə müvəqqəti məhdudiyyət qoyulub.

TASS xəbər verir ki, məhdudiyyət fevralın 20-dən etibarən qüvvədədir.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, Çindən Rusiyaya daxil olanların sayının artması və sonradan onların karantinə qəbul olunması hazırda mövsümi qrip epidemiyası ilə müvafiq tədbirlər həyata keçirən tibb işçilərinin yükünü artırır. Bu səbəbdən də məhdudlaşdırma qərarı verilib.

Qeyd edək ki, Rusiyanın bölgələrindən Çin şəhərlərinə müntəzəm təyyarə reyslər fevralın 1-dən etibarən bağlanıb. “Aeroflot” bu həftə Çinə uçuşlara tələbatın azalması səbəbindən bu ölkəyə uçuş qrafikini azaldacağını bildirib.

Martın 1-dək ölkələr arasında dəmiryol sərnişin daşınmasının bağlanacağı da bildirilir. Yükdaşımalar isə hələ ki qrafik üzrə həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}