Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı - Fotolar
Tarix: 23-02-2020 23:09 | Bölmə: Xəbərlər
Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı

V çağırış Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının xeyli sayda biznes qurumları var.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli X. Kazımlıya məxsus şirkətlərin siyahısını ictimailəşdirib:

1. “Humay Broyler" MMC - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.

2. “Barat Kəndli (fermer) Təsərrüfatı” MMC - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, “Muğanbank” ASC-nin İmişli filialının keçmiş müdiri Dəyanət Kazımovdur.

3. “Dəyanət Gələcəyə Baxış” MMC - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.

4. “Aqroflora” MMC - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Samir Kazımovdur.

5. “Faruz” MMC - 2001-ci ilin aprelində qeydiyyatdan keçib, qanuni təmsilçisi X. Kazımlının qohumu Kazımov Daşqın Barat oğludur.

Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı
Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı
Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı
Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı
Xanhüseyn Kazımlının şirkətlərinin siyahısı yayıldı

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}