Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 24-03-2020 12:41 | Bölmə: Xəbərlər
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında martın 25-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah Bakıda cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}