Deputatlar Milli Məclisin iclasına maska ilə qatılıblar
Tarix: 30-03-2020 11:17 | Bölmə: Xəbərlər
Deputatlar Milli Məclisin iclasına maska ilə qatılıblar

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

“Report” xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

İclasda əvvəlcə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}