Dünyada koronavirusdan 33106 nəfər ölüb
Tarix: 31-03-2020 09:29 | Bölmə: Xəbərlər
Dünyada koronavirusdan 33106 nəfər ölüb

Dünyada bu günədək 693224 nəfər koronavirusa yoluxub, onlardan 33106 nəfəri ölüb.

RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) günlük bülletenində qeyd olunub.

Bildirilib ki, son sutkada 58411 nəfər koronavirusa yoluxub, 3215 nəfər həyatını itirib.

Hazırda yoluxma hallarının əksəriyyəti yenə də Avropada qeydə alınıb – 392757 nəfər.

Xatırladaq ki, martın 11-də ÜST yeni növ koronavirusu pandemiya elan edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}