Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Tarix: 07-04-2020 10:42 | Bölmə: Xəbərlər
Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda daha yeddi nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 195 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus yoluxmuş xəstələrin 39-u sağalıb, 2-si isə ölüb.

Hazırda karantində 4 735, stasionar nəzarətdə isə 383 nəfər saxlanılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}