Lerikdə maşın dərəyə yuvarlanıb, 3 nəfər ölüb
Tarix: 02-07-2020 10:49 | Bölmə: Xəbərlər
Lerikdə maşın dərəyə yuvarlanıb, 3 nəfər ölüb

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

Xəbərə görə, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}