17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Karantin qaydalarını pozan 56 dərzi cərimələndi
Tarix: 04-07-2020 14:29 | Bölmə: Xəbərlər
Karantin qaydalarını pozan 56 dərzi cərimələndi

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub. 

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, polislər həmin sexlərə baxış keçirən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarını pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.

Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Qeyd edək ki. sahibkarlıq subyektləri  növbəti dəfə eyni əməli törədərlərsə, onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}