20 bələdiyyə sədrilə bağlı prokurorluğa müraciət edilib
Tarix: 29-07-2020 22:31 | Bölmə: Xəbərlər
20 bələdiyyə sədrilə bağlı prokurorluğa müraciət edilib

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Ədliyyə Nazirliyindən Reyting.az-a daxil olan xəbərə görə, bu barədə Kollegiya iclasında bildirilib. Həmçinin, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi qeyd olunub:

"Cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15.000-dən çox işə baxılıb, ekspertlər tərəfindən 374.000-dən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-nin həll edilib. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb. 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib. Habelə qanunsuz verilmiş 3.500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}