Bakıda ağır yol qəzası: ölən var
Tarix: 22-09-2020 23:49 | Bölmə: Xəbərlər
Bakıda ağır yol qəzası: ölən var

Bakı şəhəri, Heydər Əliyev prospektində - Əmircan-Bülbülə döngəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qəza nəticəsində hər iki istiqamətdə avtomobil sıxlığı yaranıb.

Məlumata görə, Hava Limanı istiqamətindən Bülbülə qəsəbəsinə dönən hissədə "Mercedes" markalı avtomobil "Shacman" markalı yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, hadisə nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb, xəsarət alanlar var.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəza törədib. Belə ki, "VAZ 21015"in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn "Volkswagen", "Toyoto", "Mercedes" markalı avtomobillər ard-arda toqquşub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}