Həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxılıb
Tarix: 23-09-2020 11:58 | Bölmə: Xəbərlər
Həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxılıb

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Reyting.az
 “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}