Ermənilər qəsdən İran ərazisinə atəş açır
Tarix: 17-10-2020 13:17 | Bölmə: Xəbərlər
Ermənilər qəsdən İran ərazisinə atəş açır

Dağlıq Qarabağda döyüşlər zamanı tez-tez İran ərazisinə mərmi və raketlər düşür. Azərbaycan XİN bununla bağlı “Telegram” kanalı vasitəsilə açıqlama verib.

Reyting.az
“Əsr-e İran”-a istinadla xəbər verir ki, açıqlamada deyilir: “Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd olan işğal olunmuş ərazilərində silahlı qarşıdurmalar davam edir. Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək əks-hücumlarla ərazilərini azad edir. Dağınıq erməni silahlı qüvvələri münaqişə zonasından İranın dost və qardaş torpaqlarına raket atəş açaraq geri çəkilirlər. Azərbaycan Ordusunun düşmən hücumunu dəf etmək üçün göstərdiyi bütün səylərə baxmayaraq, raketlər zaman-zaman İran ərazilərinə düşür. Bu hərəkət hiyləgər düşmənimizin məkridir və biz qardaş İran xalqının kədərinə şərik oluruq”.

Daha sonra açıqlamada bildirilir:

“İslam Respublikası tarixi bir dost və qardaşlıq olaraq, həmişə Ermənistanın Azərbaycana təcavüzünü pisləyib və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək olub.

Bu gün də qardaş İran xalqının həmrəyliyini hiss edirik və İran hökumətinin elan etdiyi rəsmi dəstəyi qiymətləndiririk. İran hökuməti bölgədə sülhün bərqərar olmasında iştirak etməkdən çəkinmir və sabitlik və təhlükəsizliyin tərəfdarıdır.

Azərbaycan xalqı öz dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixindəki bu həlledici dövrdə xalqımızı və ölkəmizi dəstəkləyən və yanında olan bütün ölkələrin və xalqların ədalətli təcrübəsini unutmayacaqdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}