İki ölkə Azərbaycanı təbrik edib
Tarix: 18-10-2020 10:31 | Bölmə: Xəbərlər
İki ölkə Azərbaycanı təbrik edib

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Reyting.az
-ın məlumatına görə, M. Çavuşoğlu "Twitter"də yazıb:

"Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın müstəqillik günü qutlu olsun. Üç rəngli bayrağınla sən məsud yaşa, çox yaşa, Azərbaycan!

18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm".

Qazaxıstan Xarici İşlər Nazirliyi də Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik. Tərəqqi və firavanlıq arzu edirik!”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}