Ermənilər növbəti dəfə yalan məlumat yayıb
Tarix: 23-10-2020 10:54 | Bölmə: Xəbərlər
Ermənilər növbəti dəfə yalan məlumat yayıb

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatların heç bir əsası yoxdur və yalandır.

Reyting.az
xəbər verir ki, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Məlumatda qeyd edilir ki, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}