Jurnalist Amil Avey vəfat edib
Tarix: 23-11-2020 08:30 | Bölmə: Xəbərlər
Jurnalist Amil Avey vəfat edib

Qocaman jurnalist, “Müxalifət” qəzetinin keçmiş əməkdaşı Amil Avey vəfat edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə yazıçı-dramaturq Firuz Mustafa sosial şəbəkə hesabında bildirib.

F. Mustafa yazıb ki, A. Avey uzun illərdən bəri tanıdığım ləyaqətli, cəsarətli və səmimi insanlardan biri idi: “O, həm də gözəl şeirlər müəllifi idi. Media aləmində peşəkar jurnalist, dəyərli qələm sahibi kimi tanınırdı. Vaxtilə mənim tamaşaya qoyulmuş pyeslərim barədə bir neçə məqalə də yazmışdı. Mən sonralar həmin yazıları öz kitablarıma da daxil etmişəm”.

Qeyd edək ki, A. Avey son zamanlar Almaniyada yaşayırdı.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}