Laçındakı sonuncu erməni də rayonu tərk edib - Video
Tarix: 30-11-2020 23:19 | Bölmə: Xəbərlər
Laçındakı sonuncu erməni də rayonu tərk edib

İşğaldakı Laçın rayonunu dekabrın 1-də Azərbaycana qaytarmalı olan erməni ordusu və ərazidə qanunsuz məskunlaşdırılmış erməni əhali artıq ərazini tərk edib.

Reyting.az
xəbər verir ki, bu barədə erməni politoloq Edqar Elbakyan feysbuk səhifəsində yazıb.

Politoloq Laçından video paylaşaraq “30 noyabr, saat 18:00. Sonuncu erməni Laçını tərk edir”,- sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində Laçın rayonunun dekabrın 1-də Azərbaycana təhvil verilməsi qeyd olunub.(Yeni Sabah)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}