Beynəlxalq Qarabağ Forumu Dəyirmi Masa keçirib
Tarix: 04-12-2020 14:29 | Bölmə: Xəbərlər
Beynəlxalq Qarabağ Forumu Dəyirmi Masa keçirib
Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının təşəbbüsü ilə “Azərbaycan Ordusunun uğurlu əməliyyatları və yeni şəraitdə vəzifələrimiz” mövzusunda videokonfrans formatında Dəyirmi Masa keçirilib.

Reyting.az
-ın xəbər görə, Dəyirmi Masa işinə başlamazdan əvvəl BQF Koordinasiya Şurasının iclasında qurumun koordinatorları Akif Nağı, İlham Əliyev, Ziya Zakir Acar qərarların icrası, görülmüş işlərlə bağlı məlumat veriblər.

Sonra BQF Koordinasiya Şurasının İsveçdən olan koordinatoru İradə Əliyevanın moderatorluğu ilə Dəyirmi Masa işinə başlayıb. İ. Əliyeva müzakirə olunmaq üçün Azərbaycan dövləti və Ordusunun böyük qələbəsindən sonra yaranmış yeni şəraitdə müxtəlif ölkələrdə soydaşlarımızın fəaliyyət istiqamətləri, Avropada Türkiyə və Azərbaycana münasibət və digər məsələlərlə bağlı məlumat verib, bu məsələlər ətrafında müzakirələrin keçirilməsini təklif edib. Kərəm Karabulut (Türkiyə), Gürsoy Solmaz (Türkiyə), Akif Nağı (Azərbaycan), Cəfər Dal (Türkiyə), Fərhad Turanlı (Ukrayna), Ziya Zakir Acar (Türkiyə), Mehriban Abdullayeva (Azərbaycan), Sözer Akyıldırım (Türkiyə), Vahid İmanov (İspaniya), İlham Əliyev (Rusiya), Elşən İbrahinov (Rusiya), Burzu Qılıncxanov (Azərbaycan) və digərləri çıxış edərək fikirlərini bildirib, təkliflərini veriblər. Müzakirələrə uyğun olaraq yekun sənəd qəbul edilib, qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib.

Dəyirmi Masanın gedişində Ankarada yaşayan dəyərli sənətçi Səlahətdin Dündar vətənpərvərlik ruhunda mahnılar ifa edib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}