Nazir şöbə rəisini vəzifədən kənarlaşdırıb
Tarix: 20-01-2021 11:13 | Bölmə: Xəbərlər
Nazir şöbə rəisini vəzifədən kənarlaşdırıb

Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifədən azad edilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hazırda onun yerinə təyinat yoxdur.

Polis şöbəsi rəis vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytnanatı Şahlar Cəfərova həvalə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}