Koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb
Tarix: 22-01-2021 13:12 | Bölmə: Xəbərlər
Koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb

Azərbaycanda indiyədək 14758 şagird, 7090 təhsil işçisi koronavirusa yoluxub.

Reyting.az
-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}