Gədəbəydə güllələnmə hadisəsi baş verib
Tarix: 21-02-2021 22:28 | Bölmə: Xəbərlər
Gədəbəydə güllələnmə hadisəsi baş verib

Gədəbəy rayonunda ova gedən dostlardan biri digərini güllələyib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, bu gün rayonun Miskinli kənd sakinləri - 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu və 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu birgə dovşan ovuna gediblər. Ov zamanı Elnur Tağıyev "TOZ 16" markalı qoşalülə tüfənglə ehtiyatsızlıqdan atəş açaraq Qamət Fətullayevi ayağından yaralayıb.

Yaralı əməliyyat olunub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}