21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Kamikadze - İmran Bədirxanlı yazır
Tarix: 23-02-2021 15:40 | Bölmə: Xəbərlər

İmran Bədirxanlı
Jurnalist-publisist, ssenarist, tərcüməçi
(Ustad jurnalist Şakir Yaqubovun 70 yaşına)
Kamikadzelik təkcə hədəfi məhv etməkdən ötrü canlı bombaya çevrilib həyatını qurban vermək deyil, həm də haqq yolunda özünü çox şeydən məhrum eləməyi bacarmaqdır…
Proloq əvəzi
1993-cü ilin payızı. “Azərbaycan” nəşriyyatının metranpajı (mürəttibi) Əbdül axşam “Səhər”in növbəti nömrəsini yığır, mən də növbətçiyəm. Cəmi dörd səhifəlik gündəlik informasiya qəzetinin son səhifəsində Şakir müəllimin üç yazısı gedir. Bu yazıların biri üç nöqtə ilə başlayır, ikisi isə üç nöqtə ilə bitir. İşinin peşəkarı olan Əbdül dayı bir taxta çərçivədə qurğuşunda tərsinə yığdığı səhifəyə, bir də üzümə baxır: “A kişi, bir səhifədə nə qədər üç nöqtə olar e? Üçüncü yazıda onun adını elə üç nöqtə qoyacam”. Və sərlövhədəki üç nöqtəni kəsib, imzadakı adı onunla əvəzləyir. “Hə, indi oldu düppədüz: üç nöqtə …Yaqubov”. Elə bu dəm yığım sexinin o başında qəfildən Şakir müəllim görünür və zarafatını az qala ciddi sandığım Əbdül kişinin kəsib dəyişdiyi qurğuşunları yerinə qaytarmağı bir saniyə belə çəkmir.
Şaquli redaktə
Əlahəzrət Fakta və möhtərəm Sözə məsuliyyətlə yanaşmaq vərdişini ilk redaktorum olan bu peşəkar qəzetçidən əxz eləmişəm. Bu, gənc müxbirdən ötrü bir növ sintetik proses idi. Yəni redaktorumu tanıya-tanıya öyrənir, həm də öyrənə-öyrənə tanıyırdım.
Deyəsən, bir az yekə çıxdı axı. “Şakir Yaqubovu axıra kimi tanıya bildinmi” sualına cavab verməyə bu gün də çətinlik çəkirəm. Onun timsalında gördüyüm və əmin olduğum həqiqət budur ki, ensiklopedik biliyə malik ustad titanik enerjili yaradıcılığı boyu sözü zərgər dəqiqliyi ilə pardaqlayan, onun tutumunu, çəkisini dəqiq bilən və yazdıqları ilə oxucunu düşündürə-düşündürə ruhuna qida verən bənzərsiz qəzetçi-jurnalist, publisist, qüdrətli qələm sahibidir. Bu mənada Şakir Yaqubovun “Banişevski olduğu kimi” kitabını futbol publisistikamızın zirvəsi hesab edən “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ilə tam razıyam.
O həm də mətndə sözün yerini və məqamını çox gözəl duyan redaktordur. Universitetin jurnalistika fakültəsində sevib-seçdiyim peşənin nəzəriyyəsini yaxşı mənimsəmişdim, intəhası, adi xəbəri, zarisovkanı, korrespondensiyanı, müsahibəni yazmağın qaydasını, üslubunu, sözü-sözə, cümləni-cümləyə cilalamağı, beynin məhsulunu oxucuya təqdim etməyin üsullarını məhz Şakir Yaqubovdan öyrəndim. “Səhər”in siyasi müxbiri kimi Prezident Aparatından, Milli Məclisdən, Xarici İşlər Nazirliyindən, xarici ölkə səfirliklərindən yazdığım “bir cümlə – bir xəbər”i, informasiyaları, zarisovkaları, qısa müsahibələri kuratorum soldan-sağa deyil, yuxarıdan aşağı redaktə edirdi. Həmin redaktədən sonra mətndəki cümlələrin məntiqinə, təhkiyəsinə, sözlərin yapışqanlı və zəncirvarı ardıcıllığına heyran qalırdım.
Sadəcə heyran qalmırdım, həm də öyrənirdim. Sonrakı on ildə qəzet jurnalisti kimi çalışdığım redaksiyaların heç birində o səviyyədə və miqyasda redaktora rast gəlmədim.
Dördüncü sual
Nədən yazırsan? Necə yazırsan? Niyə yazırsan? “Səhər”də çalışdığım informasiya şöbəsinin lal divarına iri qara hərflərlə bu üç sual cümləsinin yazıldığı vərəq yapışdırılmışdı. Bu, qəzetin baş redaktor müavininin sütül yazarlara özünəməxsus ismarışı idi. Neçə vaxt idi bu üç sual beynimdə tapmacaya dönmüşdü, üstəlik, onların arxasından boy vermiş dördüncü sual da cavab tələb edirdi. Düşünürdüm ki, niyə redaktor, mənim məntiqimlə, ən vacib sayılan sualı axırıncı sıraya qoyub. Axı yazmaq stixiyasından doğan təbii “niyə” sualı “nədən”dən və “necə”dən əvvəl verilməlidir. Cürətimi toplayıb sualımı layihə müəllifinə ünvanlayanda, o, əvvəlcə gülümsədi, sonra sualımdan məmnunluğunu duyduğum gözlərini üzümə zillədi: “Düzdür, “niyə” ana sualdır, amma ona aparan yol “nədən”dən və “necə”dən keçir. Niyənin cavabı tam aydınlaşsın deyə həmin yolun hər cür əziyyətini çəkməlisən”.
Mükəmməl cavab idi və həmin an bəlkə də ilk dəfə redaktorumun gözünün içinə dik baxdım. Və o iri, ifadəli gözlərin dərinliyində narahatlığa bələnmiş kədərin və nisgilin izlərini sezdim. Bunun səbəbini sonralar anlayacaqdım.
…Onun haqqında ən yaxın çevrəsindən, eləcə də yaşlı-cavan həmkarlarımızın çoxunun dilindən bu sözləri eşitmişəm: “Çətin adamdır”.
Çətin adam?!
“Mən bütün həyatımı – öncə də sağlamlığımı, ailə xoşbəxtliyimi, ata-ana və bacı-qardaş qarşısındakı borcumu jurnalistikaya qurban verdim: həm bütövlükdə jurnalistikaya, həm də onun həmişə üzdə olan yaramaz nümayəndələrini qəzet səhifələrindən adam görkəmində təqdim eləməyə. Onlar adam olub adamlar sırasına qoşuldular, dövləti vəzifə və hökumət mükafatları aldılar, amma hətta güzgü önündə özlərinə hesabat verəndə də bu mərtəbəyə gəlib çatmalarında Şakir Yaqubov adlı bir insanın da xırdaca əməyi olduğunu etiraf eləməyə kişilikləri və qadınlıqları yetmədi!”
Bu, ömrünün qırx ilindən çoxunu məsləyinə təmənnasız xidmətə həsr eləmiş peşəkar bir qəzetçi-jurnalistin acı etirafıdır. Həm də təkcə şəxsinə qarşı deyil, canını və qanını qoyduğu sahədə, eləcə də bütövlükdə cəmiyyətdə xıltın, çirkabın təmizliyi üstələməsinə, söz peşəkarlarının halal haqqının tapdanmasına, çərxi-fələyin mizan-tərəzisinin allahsızcasına pozulmasına çılpaq üsyanıdır. Az qala hər gün üzləşdiyimiz haqsızlıq və ədalətsizliklə gönümüzün qalın yerinə salıb barışan, özünü çətinə salmamağa, az aşım, ağrımaz başım deyib asan yaşamağa üstünlük verən əksəriyyətimizdən fərqli olaraq o məhz çətin adam olmaq yolunu tutdu. Bu yol nə qədər ləngərli, məhrumiyyətlərlə minalanmış olsa da, Şah ağacı tək məğrur Şakir Yaqubovun xarakterinə və prinsiplərinə tən gələn yeganə yol idi. Və mən bu yolçunun müqəddəratını hədəfini canı bahasına məhv eləməyə hazır olan kamikadze aqibəti ilə müqayisə edərdim. Bəli, o, haqsızlığın üzərinə yeriyən kamikadze cürətli söz cəngavəri, bununla da çətin adam olmamağı bacarmayan güzəştsiz peşəkar, təmiz, dürüst və vicdanlı insandır.
Monoloqun davamı olacaq
Hələ on il əvvəl Mediaforum.az saytının suallarını cavablandıran yubilyarımız “Bu gün mən heç vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam və bunun məhz belə olduğunu təsəvvür də edə bilmirəm” deyirdi…
Milli jurnalistikanı sovet dövrünün qəzetçiliyi ilə müqayisə edən altmış yaşlı Şakir Yaqubovun qənaətinə diqqət yetirin: “O dövrün başlıca xüsusiyyəti yazarın həm sözə görə və həm də fərd olaraq cəmiyyət qarşısında ciddi məsuliyyət hiss etməsi olub”. “Günü bu gün də sənədsiz-sübutsuz bir kəlmə də yazmaram yox ey, sadəcə olaraq yaza bilmərəm. “Azad söz”, “müstəqil media” uğrunda yaxa yırtdığımız bu günlərdən fərqli olaraq həmin o mənfur sovet dövründə “reket jurnalistikası” mövcud deyildi. İndi isə məhz bunun hesabına Azərbaycanda jurnalistika dünyanın ən qədim peşələri ilə yanaşı tutulur”.
Haqlısınız, ustad, on il bundan əvvəllə müqayisədə bu gün elə də çox şey dəyişməyib. Amma…
Artıq müdriklik yaşına çatmış ustad sənətkar daha on, on beş il əvvəlki kimi püskürmür, xeyli yumşalıb. Bunun Şakir Yaqubovun səhhəti və ailə qayğıları ilə bağlı problemlərdən, həyatın acı reallığından doğan səbəbləri var. Amma bir məsələdə ustadın şəyirdi ilə razılaşması gərəkdir: sabiq çekist olmadığı kimi jurnalistin də pensiyaçısı olmaz. O, hər cür çətinliklərə rəğmən və bütün ədalətsizliklərin acığına yazmalıdır.
İyirmi il əvvəl 50 illiyi münasibətilə “Avropa” qəzetindəki müsahibəyə belə bir başlıq seçilmişdi: “Professionalın monoloqu”.
Bilirəm, neçə illərdir sözüylə ürəyi bir vuran ustadın monoloqu içində davam edir. Arzu edirik ki, bu monoloq yazıya çevrilsin, bizləri qürurlandıran yubiley məqamı isə onun ürəyinə təpər, qələminə yeni nəfəs versin və o, Şakir Yaqubov imzası üçün qəribsəmiş oxucularını sevindirsin.
Epiloq əvəzi
Şakir müəllimin üç nöqtəyə olan pünhan sevgisinin arxasında onun oxucusuna “mabədi var”, “qələmimin mürəkkəbi tükənməyib”, “hələ çox yazacağam” kimi mesajları dayanır. Bu xüsusda ustadıma on il əvvəl dediyi sözləri xatırlatmağım yerinə düşər: “Ürəyimi deşən onlarca mövzu var ki, hamının hər şeydən yazmağa cəhd elədiyi bizim bu günlərdə kimsənin ağlına da gəlmir. Sağlıq olsun…”
İndi isə özünün izni ilə Şakir müəllimə ilk dəfə ikinci şəxsin təkində (yaşı əllini ötmüş bəndənizin bu ərkini qınamaz yəqin) müraciət edirəm: A kişi, iki nöqtəni qoymusan, amma sonuncu, ən çox sevdiyin üçüncü nöqtə hələ də qələminin mürəkkəbini gözləyir. Tənbəllik eləmə. Sənə söz verirəm, onda o üç nöqtənin hər birinə ayrıca oçerk həsr edəcəm…

Şakir Hənifə oğlu Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağac kəndində doğulub. İndiki Bakı Dövlət Universitetini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm Universitetini bitirib.
“Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “AFFA news”, “Panorama” qəzetlərində xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə çalışıb, Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.
“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının həmmüəllifi, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktorudur.
1989-cu və 2005-ci illərdə əməkdar mədəniyyət işçisi fəxri adına, Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə peşəkar jurnalistdir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:57
Kreml Trampın bəyanatına şərh verib
Bu gün, 18:00
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
Bu gün, 17:01
Şirvanda zəlzələ olub
Bu gün, 16:59
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
Bu gün, 16:29
Assosiasiyaya sədr təyinatı olub
Bu gün, 14:08
Keçmiş baş nazir: "Təqaüddə olan adamam..."
Bu gün, 13:33
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Bu gün, 10:45
Astarada hamilə qadın toyundan sonra ölüb
Bu gün, 10:21
Şəhid Azər Bayramovla vida mərasimi keçirilib
Bu gün, 08:37
Türkiyə elektriklə işləyən tank istehsal edib
Bu gün, 00:03
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
Dünən, 18:09
İlham Əliyev Ərdoğana məktub göndərib
Dünən, 17:48
Ruben Vardanyana yeni vəkil təyin olunub
Dünən, 17:30
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
Dünən, 17:25
Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
Dünən, 16:29
Deputatlar 11 məsələni müzakirəyə çıxaracaq - Siyahı
Dünən, 14:24
2200 rus hərbçisini əsir götürüblər
Dünən, 13:01
Həyatla bağlı yeni elmi model təqdim olunub
Dünən, 10:18
Aparıcı Nigar Fərhadın avtomobili oğurlanıb
Dünən, 10:10
Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib
Dünən, 08:42
Britaniya Türkiyəyə döyüş təyyarələri verəcək
Dünən, 08:28
Trampı Tokio səfərində sürpriz gözləyir
Dünən, 08:22
Zelenskinin tələbinə Londondan cavab verilib
27-10-2025, 18:03
Qırıcılarımız Bakı səmasında - Video
27-10-2025, 16:28
Bu şəxslərin maaşı qalxıb - Siyahı
27-10-2025, 12:31
Saleh Səmədovun rəis oğlunu vəzifədən uzaqlaşdırıblar
27-10-2025, 12:30
Ukrayna ordusu bir kəndi işğaldan azad edib
27-10-2025, 11:29
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib
27-10-2025, 10:37
Harris prezidentlik iddiasından əl çəkməyib
27-10-2025, 10:31
ABŞ ordusunun helikopteri və qırıcısı qəzaya uğrayıb
27-10-2025, 09:45
Ukraynadan ikinci mühacirət dalğası başlayacaq
27-10-2025, 08:42
Məşhur aktyor və musiqiçi dünyasını dəyişib
27-10-2025, 08:34
İstanbul danışıqları daha iki gün davam edəcək
25-10-2025, 23:17
Vəkil Zabil Qəhrəmanov həbs olunub
25-10-2025, 18:00
Anar Əsədlidən 4 şikayətçi var
25-10-2025, 15:45
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
25-10-2025, 10:02
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
25-10-2025, 00:13
Prezident Qubadlı ilə bağlı video paylaşıb
24-10-2025, 17:54
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
24-10-2025, 16:36
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
24-10-2025, 14:03
Gəncədə tanınmış vəkil saxlanılıb
24-10-2025, 13:01
Rusiya hərbçilərini Pokrovsk sektorundan qovublar
24-10-2025, 12:35
Sülh savaşı - Zahid Oruc yazır
24-10-2025, 11:54
Xersona kütləvi artilleriya hücumu olub
24-10-2025, 11:12
İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülüb
24-10-2025, 10:53
Xəstəxana direktoru işçini döyüb? - Açıqlama
24-10-2025, 10:45
Ukraynaya 128 PUA ilə hücum olub
24-10-2025, 10:07
Müəllimi baltalayan şəxsə ağır cəza verilib

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək