Kəlbəcərə 180 ton yükün çatdırılması təmin edilib
Tarix: 24-02-2021 10:14 | Bölmə: Xəbərlər
Kəlbəcərə 180 ton yükün çatdırılması təmin edilib

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 180 ton yükün çatdırılmasını təmin edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpası məqsədilə 25 hərbi yük avtomobilindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin dördüncü karvanı 180 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.

Nazirlik bildirir ki, yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}