14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Tarix: 02-03-2021 00:24 | Bölmə: Xəbərlər
Bu gün Azərbaycanda Od çərşənbəsidir

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi də tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından qaynaqlanır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla insanın daxilində ola biləcək bütün şər qüvvələri yandırırlar.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Od çərşənbəniz mübarək!

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-06-2025, 09:33 Qaxda zəlzələ olub