Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
Tarix: 19-04-2021 12:57 | Bölmə: Xəbərlər
Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 14 ədəd əl qumbarası, 42 ədəd minaatan mərmisi, 15 ədəd qumbaraatan mərmisi, 47 ədəd avtomat darağı, 5788 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}